AZ

Bakıda 46 mindən çox şagirdin elektron sistem vasitəsilə yerdəyişməsi aparılıb

Bakıda

Bakı, 25 iyun, AZƏRTAC

Ötən tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 46 min 736 şagird elektron sistem (sy.edu.az) vasitəsilə bir məktəbdən digərinə köçürülüb.

Bu barədə AZƏRTAC-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, elektron sistem vasitəsilə şagird yerdəyişməsi valideynlərin rahatlığına, prosesin daha şəffaf və operativ həyata keçirilməsinə, əlavə vaxt itkisinin qarşısının alınmasına, ümumi tənzimlənmədə subyektiv amillərin aradan qaldırılmasına imkan verir.

Seçilən
84
29
azertag.az

10Mənbələr