AZ

Naxçıvan Tibb Müəssisələrinin İdarəetmə Birliyi publik hüquqi şəxsinə icraçı direktor təyin olunub

“Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsinin icraçı direktoru vəzifəsinə təyin olunub.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin Müşahidə Şurasının Qərarına əsasən Məmmədov Vüsal Ələkbər oğlu “Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsinin icraçı direktoru vəzifəsinə təyin olunub. Vüsal Məmmədov bu təyinata qədər Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyində Aparat rəhbəri vəzifəsində işləyib.
Qeyd edək ki, həmçinin Vüsal Məmmədov Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsində şöbə müdiri, "Naxçıvansığorta" ASC-də İdarə heyətinin üzvü və digər vəzifələrdə çalışıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
11
apa.az

10Mənbələr