AZ

Ramik Hacıyev yığmamızda çıxış edə bilər

Emil Mustafayevin Azərbaycan millisinin formasını geyinməsinə müvəffəq olan Azərbaycan millisinin skautu İlqar Qurbanov Ukraynadan daha bir futbolçu ilə danışıqlarını intensivləşdirib.

Futbolinfo.az saytının məlumatına görə, AFFA rəsmisi “Dnepr 1” klubunun vingeri Ramik Hacıyevin milliləşdirilməsinə çalışır.

Qurbanov bununla bağlı sol cinah oyunçusu ilə bir neçə dəfə danışıq aparıb. O, 18 yaşlı hücumameyilli futbolçunun Azərbaycan vətəndaşlığına keçməsi üçün əlindən gələni edir.

Düzdür, bu, heç də asan görünmür. Çünki Ukraynada öz yaş qrupunun ən istedadlı oyunçularından biri hesab edirən Hacıyevin həmin ölkənin əsas yığmasına qədər yüksəlmək perspektivi də var. Lakin Ukraynanın müharibə şəraitində olması Ramikin Azərbaycan millisinin xeyrinə qərar verməsi ilə nəticələnə bilər.

Qeyd edək ki, Ramik Hacıyev bu ilin yanvarından “Dnepr 1” komandasında çıxış edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
futbolinfo.az

1Mənbələr