AZ

5 gündür Parlament prospekti təmirə bağlanıb,amma nəticə yoxdur

Yolları abadlaşdıra bilməyənlərə qarşı da cərimələr tətbiq edilməlidir. Bunu deputat Zahid Oruc deyib. 

"5 gündür Parlament prospektinə ağır texnikalar toplaşıb. Qanunda göstərilən 26-cı maddədən həmin yola baxıram. Bir löhvə vurmaq olar. Bir dəfə Mehriban Əliyeva İçərişəhərdə tədbir zamanı bu haqda münasibət bildirərkən söyləyib ki, öncə mediatur təşkil edin, məlumatlandırın sonra iş görün. 5 gündür iş görürlər. Asfalt dəyişirlər. Niyə dəyişirlər? Sahəni bilməyən kimi yeni asfalta baxdım və dəyişən heçnə yoxdur. Eyni asfaltdır. Başa düşüləndir hansısa tədbir qarşısında bu addım atılır. Amma nəticə yoxdur. Cərimələr apararkən yolu abad edə biməyənlərə qarşı da cərimə tətbiq edək”, - deputat söyləyib.
 
Gülnar Nazimqızı 

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
anews.az

1Mənbələr