AZ

Bu il “Pantsir” HHM sistemlərinin istehsalı artırılacaq

“Yüksək dəqiqlikli komplekslər” holdinqi (“Rostec” dövlət korporasiyasının bir hissəsi) 2024-cü ildə “Pantsir” zenit-raket və silah sisteminin tədarükünü artırmağa hazırdır.

Herbiand.az bildirir ki, bu barədə holdinqin mətbuat xidmətindən məlumat verilib.

Aprel ayında o vaxt Rusiya Federasiyasının müdafiə naziri postunu tutan Sergey Şoyqu “Pantsir komplekslərinin özünü yaxşı tərəfdən göstərdiyini qeyd etmişdi. O, həmçinin bu il sistemlərin tədarükünü demək olar ki, iki dəfə artırmağı planlaşdırdığını açıqlamışdı.

“Pantsir” zenit-raket və silah sistemi mülki və hərbi hədəfləri qorumaq üçün nəzərdə tutulub.

Bəxtiyar CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
herbiand.az

1Mənbələr