AZ

“Sabah”da vacib iclas: Renduliçdən Qurbanovu “devirmək” tələb edildi

"Sabah”ın avrokuboklar və premyer-liqanın növbəti mövsümü üçün hədəfləri bəlli olub.

“Football-plus.az”ın məlumatına görə, bu barədə qərarlar keçirilən klubdaxili iclasda verilib.

Belə ki, rəhbərlik və baş məşqçi Krunoslav Renduliçin iştirak etdiyi toplantıda mütəxəssisdən Konfrans Liqasında azı iki mərhələ keçmək və 2024/25 “futbol ili”ni azı ikinci yerdə bitirmək tələb edilib. Bununla yanaşı, komandanın əsas amalı çempionluq olacaq.

“Sabah”ın Renduliçə verdiyi vədə görə, “bayquşlar” mövsümün birinci yarısını istənilən səviyyədə keçirsə, qış “transfer pəncərəsi” zamanı heyətin daha da gücləndirilməsi üçün yetərli maliyyə ayrılacaq və baş məşqçinin “ürəyinə yatan” daha bir neçə futbolçu alınacaq.

Bununla yanaşı, məşqçilər korpusu heyətin məhz yay “transfer pəncərəsi”ndə tam gücləndirilməsini tələb edib. Lakin klub rəhbərliyi ötən zaman ərzində bu yöndə xeyli xərc çəkdiyini əsas gətirərək bəzi istəkləri geri çevirib.

KƏNAN BAHADIR

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
football-plus.az

1Mənbələr