AZ

UKRAYNA ÜÇÜN ŞİMALİ KOREYA TƏHLÜKƏSİ... - Putin Kim Çen Indan nə istəyib və nə alacaq?

ABŞ Ukraynaya silah yardımını yenidən davam etdirdiyi və ukraynalıların dronlar üzrərindəki innovasiyalarının faydalı iş əmsalı artdığı üçün Rusiya ordusunun işi xeyli çətinə düşüb. Digər tərəfdən, Dağıstandakı terror aktı Kremlin vəziyyətini daha da mürəkkəbləşdirib.

Bundan sonra Rusiya əhalisində pessimist əhvalın təzahürləri özünü daha qabarıq şəkildə büruzə verəcək ki, bu da Putinin bəlkə də ən çox qorxduğu ssenaridir. Deməli, Rusiya nəyin bahasına olursa olsun Ukraynadakı müharibədə dönüş yaratmalıdır. Yoxsa, ölkə daxilindəki hadisələr nəzarətdən çıxa bilər.

Vladimir Putin çarəsizlikdən özünə beynəlxalq arenanın kandarına itələnmiş ölkələrdən ibarət dostlar alyansı qurmaq istəyir. Bu kontekstdə Rusiya Şimali Koreyadan aldığı silah və texnika sayəsində yaralarını sarımağa və vaxt udmağa çalışır.

“AzPolitika” xəbər verir ki, Ukraynanın “Obozrevatel.ua” saytı “Putin Şiamli Koreyadan nə istəyib və o, Rusiya ordusuna hansı silahlarla kömək edə bilər?” başlıqlı məqaləsində sözügedən məsələyə toxunur. Həmin məqaləni təqdim edirik: ”Hərbi-texniki sferada KXDR ilə Rusiya arasındakı əməkdaşlıq 2023-cü ildə Rusiya ordusunun Şimali Koreyadan ilk partiya mərmi almasından sonra güclənib. Vladimir Putinin Pxenyana səfəri nəinki bu ölkələr arasında əməkdaşlığı genişləndirir, həm də Seulu Ukraynaya silah yardımı məsələsində hərəkətə keçməyə məcbur edir. Əvvəlcə Şimali Koreyanın Rusiyaya nə ilə kömək göstərə biləciyi ilə tanış olaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
azpolitika.info

1Mənbələr