AZ

Amerikalı qadın 3 yaşlı uşağı niyə boğmağa cəhd elədi

Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Co Bayden Texasda bir qadının Fələstin əsilli müsəlman olduğu üçün 3 yaşlı uşağı boğmağa cəhd etməsinin onu narahat etdiyini bildirib.

Bayden sosial media platforması "X" hesabında Fələstin əsilli müsəlman uşağa edilən hücumla bağlı açıqlama verib.

Sözügedən hadisədən dərin narahatlığını bildirən Biden deyib: “Heç bir uşaq şiddətli hücuma məruz qalmamalıdır. Ürəyim onun ailəsi ilə birlikdədir”.

Mayın 19-da Fələstin əsilli ana ilə 3 və 6 yaşlı uşaqları yaşadıqları kompleksin hovuzunda qarşılaşdıqları amerikalı Elizabet Volfun əvvəlcə irqçi ifadələri, daha sonra hücumuna məruz qalıblar.

6 yaşlı uşaq hücüm edənin əlindən çətinliklə xilas olub, ancaq Volf  3 yaşlı uşağı suyun altına soxub.

Ana və uşaqları hadisə yerində olan bir afroamerikalı xilas edib.

42 yaşlı Elizabet Volf adam öldürməyə cəhd ittihamı ilə saxlanılıb.



Seçilən
82
2
trt.net.tr

3Mənbələr