AZ

"Bu məsələ üçün 35 milyon manatın ayrılması nəzərdə tutulur" - Vüqar Bayramov

“Şəhid ailələri və qazilərimizin, hərbçilərimizin mənzil ilə təmin olunması üçün 35 milyon manatın ayrılması nəzərdə tutulur”.

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində keçirilən iclasında çıxışı zamanı deputat Vüqar Bayramov deyib.


“Bu gün müzakirə edəcəyimiz büdcədə müdafiə və milli təhlükəsizliyin artırılması üçün ayrılan məbləğ 705 milyon artırılaraq 7 milyard 126,35 milyon manata çatdırılıb. Müdafiə və milli təhlükəsizliyin artırılması 2024-cü ildə də prioritet kimi qalacaq. Bundan əlavə, hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılıb. İndiyədək 15 mindən çox şəhid ailəsi və qazi pulsuz mənzillə təmin edilib”, - millət vəkili bildirib.

 

Firuzə Əliyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
sfera.az

1Mənbələr