AZ

İsmayıllıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

İsmayıllıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü müəyyən olunub.

seher.media xəbər verir ki, İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər zamanı "Chevrolet" markalı avtomobilin sürücüsü R.Məmmədov təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün "saxla" işarəsi verilib.

Sənədləri yoxlanılarkən R.Məmmədovun narkotik vasitə qəbul etdiyinə dair şübhə yarandığından o, tibbi müayinədən keçirilib. Nəticədə sürücünün marixuana istifadə etdiyi müəyyən olunub.

Həmin şəxs barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
3
seher.media

4Mənbələr