AZ

Terrorda həlak olan polislərin sayı artıb

Dağıstanda törədilən son terror aktı nəticəsində həlak olan polis əməkdaşlarının sayı 16-ya, terror aktı qurbanlarının ümumi sayı isə 21-ə çatıb.

"Cebhe.info" xəbər verir ki, bu barədə Dərbənddəki fövqəladə halların aradan qaldırılması xidmətlərindən "TASS"-a verilən məlumatda bildirilir.

 Agentlik əlavə edib ki, daha bir polis əməkdaşı çərşənbə axşamı gecə xəstəxanada dünyasını dəyişib.

Xatırladaq ki, bundan əvvəl Dağıstanın Səhiyyə Nazirliyi Mahaçqala və Dərbənddə törədilən terror aktı nəticəsində 20 nəfərin öldüyünü bildirmişdi.  Dağıstan Prezidenti Sergey Melikovun sözlərinə görə,   ölənlərdən 15-i polis əməkdaşıdır.

 "Terror aktının qurbanlarından biri, polis əməkdaşı bu gecə xəstəxanada dünyasını dəyişib", - agentliyin mənbəsi bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
3
cebheinfo.az

4Mənbələr