AZ

Ermənistan rəsmisi: “Azərbaycan Ordusunun fəal hərəkətə keçdiyini necə bilirsiniz?”

“Ermənistan Müdafiə Nazirliyi vəziyyətə uyğun olaraq öz işini görür”.

KONKRET.az xəbər verir ki, bu sözləri Müdafiə nazirinin müavini Arman Sarkisyan erməni jurnalistin Azərbaycan Ordusunun sərhəddə fəallaşdığı və aktiv fəaliyyət göstərməsi ilə bağlı sualına cavabında bildirib.

“Azərbaycan Ordusunun fəal hərəkətə keçdiyini necə bilirsiniz? Davamlı olaraq reallığa uyğun gəlməyən məlumatlar yayılır. Amma bu barədə Müdafiə Nazirliyi müntəzəm açıqlamalar verir. Hər hansı problem yaranarsa, biz müntəzəm məlumat veririk, yoxlanılmış məlumatları təqdim edirik”.

Hazırda sərhəddə vəziyyətin necə olduğuna gəlincə, nazir müavini bildirib ki, sərhəddə narahatlıq yaranarsa, Müdafiə Nazirliyi informasiya agentlikləri vasitəailə məlumat yayacaq.

Natiq Səlim,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
konkret.az

1Mənbələr