AZ

Peskov Trampın müşavirlərinin Ukrayna ilə bağlı planını şərh edib

ABŞ-nin keçmiş prezidenti Donald Trampın müşavirlərinin təklif etdiyi Ukrayna münaqişəsinin həlli planı döyüş meydanındakı vəziyyəti nəzərə almalıdır.Missiya.Az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Reuters agentliyinə deyib.“İstənilən planın dəyəri təfərrüatlarda və onun döyüş meydanındakı vəziyyəti nəzərə alıb-almamasındadır”, - Peskov bildirib.O əlavə edib ki, Tramp hansı plandan danışdığımızı və orada nə yazıldığını bilmir."Rusiya prezidenti Vladimir Putin dəfələrlə bildirib ki, Moskva real vəziyyəti nəzərə alan danışıqlara açıq olub və belə də qalır. Bu yaxınlarda Putin sülh təşəbbüsü ilə çıxış etdi. Təəssüf ki, nə Qərb, nə də Ukrayna tərəfindən qəbul edilmədi”, - mətbuat katibi xatırladıb.

Zərintac MayisqızıMissiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
missiya.az

1Mənbələr