Bakı, 25 iyun, AZƏRTAC
2023-2024-cü tədris ilində BŞTİ-nin tabeliyindəki 339 məktəbəqədər təhsil müəssisəsinə 36 min 361 uşaq cəlb olunub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, paytaxtın Ramana qəsəbəsində 347 nömrəli uşaq bağçası və Xocasən qəsəbəsində 348 nömrəli uşaq bağçası yaradılıb və həmin bağçalara uşaqların qeydiyyatı həyata keçirilib.