AZ

Coy-Lens Mikels yenidən “Sabah”da - Rəsmi

2023-cü ilin yayında “Sabah”dan ayrılaraq Səudiyyə Ərəbistanı “Əl-Faysal”ına keçən Coy-Lens Mikels yenidən Azərbaycana qayıdıb.

Arena.az xəbər verir ki, almaniyalı futbolçu yenidən “Sabah”a qayıdıb.

Bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb. Almaniyalı vingerlə “1+1” illik müqavilə imzalanıb.

Xatırladaq ki, Coy-Lens Mikels 2021-ci ilin iyul ayından 2023-cü ilin avqustuna qədər “Sabah”da çıxış edib. O, bu müddət ərzində meydana çıxdığı 69 oyunda 33 qol vurub, 20 məhsuldar ötürmə müəllifi olub. Mikels Azərbaycan klubunun tarixində ən çox qol vuran futbolçudur.

Mikels ötən yay “Sabah”dan problemli şəkildə ayrılaraq Səudiyyə Ərəbistanının “Əl-Faysal” klubuna keçmişdi. Bu üzdən Azərbaycan klubunun yenidən ona qucaq açması bir qədər gözlənilməz addım sayıla bilər. Futbolçu Bakı klubuna azad agent kimi qoşulub. Onun paytaxt təmsilçisində hansı maaşa oynayacağı da böyük doğurur.

Mönhenqladbax “Borussiya”sının yetirməsi olan futbolçu, bu klubla yanaşı, “Şalke”nin də ikinci komandasında forma geyinib. Daha sonra o, “Alemanniya” (Aahen), “Vakker” (Norhauzen), “Karl Tseyss” və “Maastrixt” kimi klubların uğurları üçün çalışıb. Mikels “Əl-Faysal”da 33 oyuna 7 qol vurub, 6 məhsuldar ötürmə verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
arena.az

1Mənbələr