AZ

"Neftçi" rəhbərliyində yeni adlar - Kim(lər) qaldı, kim(lər) getdi?

"Neftçi" Peşəkar Futbol Klubunun Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib.

Bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Müşahidə Şurasının sədri Hafiz Zeynalov, üzvləri isə Emin Əmrullayev, Orxan Sultanov, Fərid Hacıyev, Emil Alxaslı, Bəxtiyar Aslanbəyli və Afaq Məmmədova seçilib.

«Neftçi»nin sonuncu şura sədri Rövşən Nəcəf olub. O, 2022-ci il, dekabrın 1-də bu postda Çingiz Abdullayevi əvəzləyib. Sözügedən şəxs bu ilin aprelində (2-də) «ağ-qaralar»dakı rəhbər vəzifəsini AFFA-nın prezidentliyinə dəyişib.

Şuranın bu gün açıqlanan tərkibində bəzi dəyişiklər nəzərə çarpır. Zaur Qəhramanov, Elnarə Məmmədova və Səməd Qurbanov artıq burada təmsil olunmur.

Sonuncu AFFA İcraiyyə Komitəsinə üzv seçilməsi səbəbindən ona doğma klubun yönətimindən kənarda qalıbsa, digərləri bundan sonra yalnız SOCAR-dakı işlərinə fokuslanacaq.

Yeni sədr Hafiz Zeynalov 2 ilə yaxındır Müşahidə Şurasında yer alır. O, SOCAR-ın İşlər İdarəsinin rəisidir.

Adını çəkdiyimiz şəxsin namizədliyi son anda gündəmə gəlib və dəstəklənib. Halbuki bu postu Murad Heydərovun tutacağı demək olar dəqiqləşmişdi.

«SOCAR Balkani»nin baş icraçı direktorunun təyinatı son anda alınmadı.

Bunun da səbəbləri var. Yəqin ki, yaxın zamanda bu haqda müəyyən informasiyalar gün işığına çıxacaq.

SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
sportinfo.az

1Mənbələr