AZ

Salim bin Məhəmməd əl-Maliki ICESCO-nun baş qərargahında keçirilən "Şuşa Günləri" tədbirində çıxış edib -VİDEO

Şuşa Şəhər Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə Mərakeş Krallığının Rabat şəhərində, ICESCO-nun baş qərargahında keçirilən “Şuşa günləri” tədbirində ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki çıxış edib.

“İki sahil” xəbər verir ki,  ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki çıxışında Şuşa şəhərinin tarixi keçmişindən, onun müharibədən əvvəlki və müharibədən sonrakı vəziyyətindən, əsrarəngiz təbiətindən və mədəniyyət paytaxtı kimi əhəmiyyətindən danışıb. Salim bin Məhəmməd əl-Maliki nitqinə başlamazdan öncə Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədovu, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimovu və diplomatik korpusun nümayəndələrini salamlayıb, daha sonra Azərbaycanın mədəni irsinin dərin köklərini və bu irsin dünya mədəniyyətinə olan təsirini vurğulayıb.

Çıxışında xüsusilə Xarıbülbül çiçəyi haqqında geniş məlumat verən Salim bin Məhəmməd əl-Maliki Şuşanın rəmzi olan bu çiçəyin Azərbaycanın simvolik bitkilərindən biri olması, onun tarixi, əfsanələri və estetik gözəllikləri haqqında maraqlı faktlar bölüşüb. Salim bin Məhəmməd əl-Maliki əlavə edib ki, Xarıbülbül həm də Şuşanın mədəni və təbii gözəlliyini simvolizə edərək Azərbaycan xalqının təbiətə olan sevgisini əks etdirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
7
ikisahil.az

7Mənbələr