AZ

Gürcüstan NATO sammitinə dəvət edilib

Xarici agentlər haqqında qanunun qəbul eilməsindən sonra Gürcüstanla Qərb arasında yaranan gərginliyə baxmayaraq Tbilisiyə münasibətdə hələ də nəyə isə ümidlər bəslənilir. Bunu iyulun 9-11- də keçirilməsi nəzərdə tutulan NATO sammitinə dəvət edilməsi də bir daha təsdiq etməkdədir.

Məsələyə münasibət bildirən ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen deyib ki, Gürcüstan xalqı Aİ və NATO-ya inteqrasiyaya çalışır.

"Biz onların tutduqları yolun və Qərbə doğru istifadə etdikləri ritorikanın gürcülərin 80 faizinin istədiyi ilə bir araya sığmadığını başa düşmələrini istəyirik",-deyə Ceyms O'Brayen bəyan edib.

Oxuməni.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
oxumeni.az

1Mənbələr