AZ

Ölüm hökmü bərpa edilsin? - Deputat ölüm hökmünün effektivliyindən danışdı

"İllər öncə Azərbaycanda ölüm hökmü ləğv olundu. Hərçənd ki, proseslər göstərir ki, bəzi cinayətlərin qarşısının alınması üçün bəzi hallarda ölüm cəzası daha effektivdir". 

Qaynarinfo xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov parlamentin bu gün keçirilən iclasında deyib. 

Deputat qeyd edib ki, dəfələrlə cinayət törətmiş insanların həbsdən azad olunmasına daha həssas yanaşmalıyıq:

"Təcrübə göstərir ki, bu insanlar həbsdən azad olunduqdan sonra eyni cinayətləri törətməyə davam edirlər. Belə olduğu halda onların cəza törətmək ehtimalı daha çoxdur".
 
Qafqaz Rafiqoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
qaynarinfo.az

1Mənbələr