AZ

SOCAR-ın əcnəbi şirkətlərlə birgə yaratdığı müəssisə nizamnamə kapitalını kəskin azaldıb

SOCAR-ın əcnəbi şirkətlərlə birgə yaratdığı müəssisə nizamnamə kapitalını kəskin azaldıb.

İqtisadiyyat.az xəbər verir ki, söhbət “Oguz Drilling” birgə müəssisəsindən gedir.

Belə ki, şirkət nizamnamə kapitalı dəyərinin azaldılaraq 100 manat məbləğində müəyyən edildiyini elan edib. İndiyədək isə şirkətin nizamnamə kapitalı 100 000 manat olub.

Qeyd edək ki, “Oguz Drilling” 2015-ci ilin iyununda “SOCAR-AQS” MMC-nin “Nobel Oil Services” və “Archer Assets UK Ltd.” şirkətləri ilə birgə təsis etdiyi müəssisədir. Azərbaycanda qazma şirkəti olan “Oguz Drilling” qazma avadanlıqlarının layihələndirilməsi və modifikasiyası, habelə qazma işləri ilə əlaqəsi olan digər xidmətlər də daxil olmaqla, dənizdə stasionar platformalarda qazma işləri üzrə xidmətlər təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
iqtisadiyyat.az

1Mənbələr