AZ

Bu ölkə Polşa vətəndaşları üçün 15 günlük vizasız rejim tətbiq edəcək

Müəllif:Ayşən İmanova/Banco.az

Çin hökuməti Polşa ilə bir neçə sahədə qarşılıqlı əlaqənin intensivləşdirilməsi zərurətini nəzərə alaraq bu ölkənin vətəndaşları üçün 15 günlük vizasız rejim tətbiq edəcək.

Banco.az xəbər verir ki, bu barədə Çinin dövlət başçısı Si Cinpin məlumat verib.

“Çin birtərəfli qaydada Polşa vətəndaşları üçün 15 günlük vizasız rejim tətbiq etmək qərarına gəlib”, - Çinin Mərkəzi Televiziyası Pekində Polşa Prezidenti Andjey Duda ilə görüşən Si Cinpindən sitat gətirib.

Çin lideri iki ölkə arasında mədəni-humanitar və gənclər mübadiləsinin artırılmasının, elm adamları ilə medianın qarşılıqlı fəaliyyətinin intensivləşdirilməsinin vacibliyini qeyd edib. O, Polşa tərəfi ilə, eləcə də Mərkəzi və Şərqi Avropanın digər ölkələri ilə əməkdaşlığı gücləndirməyə hazır olduqlarını vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
8
banco.az

10Mənbələr