AZ

AVRO-2024: İspaniya tarixinin ən yaşlısı

Müdafiəçi Xesus Navas İspaniya tarixinə düşüb. Matc.az xəbər verir ki, o, Avropa çempionatı və ya dünya çempionatlarında meydana çıxan ən yaşlı ispaniyalı ünvanını ələ keçirib. 38 yaşlı sağ cinah oyunçusu AVRO-2024-ün qrup mərhələsinin III turunda Albaniya ilə görüşün start heyətində meydana çıxmaqla bunu bacarıb. Navas matçda 90 dəqiqə meydanda olub. Qeyd edək ki, Albaniya üzərində 1:0 hesablı qələbə qazanan İspaniya yığması 9 xalla B qrupunda birinci yeri tutub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
matc.az

1Mənbələr