AZ

Ucuz evlər satılan adada “Kiçik Amerika” yaradılıb

Yazını böyüt
Yazını kiçilt

CNN, pandemiya zamanı ucuz evlər satan Siciliya kommunasına göstərilən marağın ardınca bölgədə “kiçik Amerika”nın qurulduğunu yazıb.

Hafta.az-ın yazdığına görə, Siciliyanın Aqrigento əyalətindəki Sambuka di Sicilia kommunasında bəzi tərk edilmiş evlər 2019-cu ildə 1 avroya, 2021-ci ildə 2 avroya satışa çıxarılıb.

Kampaniya populyarlaşdıqca kommuna evləri bu dəfə 3 avrodan başlayan qiymətlərlə satılıb.

Sambuka Bələdiyyə Başçısı Cüzeppe Kakioppo, İtaliyanın müxtəlif yerlərində oxşar kampaniyaların keçirildiyini, lakin onun öz kommunasında keçirilən kampaniyanın çox populyarlaşdığını bildirib və deyib: "Gələcək illərdə daha da çox satmağı planlaşdırırıq. Xaricilər evlərimizi almağa axın edir, bu günə qədər çox uğurlu olub".

Yeni kampaniya çərçivəsində 12 evin satışa çıxarıldığını bildirən Kakioppo İtaliyaya səyahət etməyi düşünən hər kəsi evlərə baxmağa çağırıb.

Kakioppo bildirib ki, evlər konstruktiv cəhətdən sağlamdır, lakin onların daxili və xarici görünüşlərinin yenilənməsinə ehtiyac var. Təmir xərcləri 30 min avro ilə 200 min avro arasında dəyişir.

Hərrac yolu ilə satış üçün qeydiyyatdan keçmək üçün 5 min avro tələb olunur. Evi almaq mümkün olmadıqda, bu pul geri qaytarılır. Ancaq satın alınarsa, 5 min avro depozit kimi səlahiyyətli orqanlara verilir.

Ev sahibləri üç il ərzində əmlaklarını təmir etməzlərsə, depozitləri cərimə kimi götürülür.

Yaxın Şərq ölkələrindən ABŞ-a qədər bir çox fərqli yerdən müraciətlər aldıqlarını bildirən bələdiyyə sədri bu günə qədər 250 ev satıldığını və 20 milyon avro qazandıqlarını bildirib.

1968-ci ildə Siciliyada baş verən zəlzələdən sonra bələdiyyə Sambukadakı evlərin çoxunu satın alıb. Xəbərdə bu səbəblə evlərin xaricilərə çox daha təsirli satıla biləcəyi ifadə edildi.

CNN xüsusilə amerikalıların bölgəyə böyük maraq göstərdiyinə diqqət çəkib.

Xəbərdə izdihamlı və turistik yerlərdən uzaq olan kommunada “kiçik Amerika”nın yarandığı və sakinlərin əksəriyyətinin ingiliscə Siciliya ləhcəsi ilə danışdığı bildirilirdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
hafta.az

1Mənbələr