AZ

Ötən il hibrid və elektrik mühərrikli avtomobillərin sayı artıb

2023-cü ildə ölkədə stasionar mənbələrdən atmosfer havasına atılmış çirkləndirici maddələrin həcmi 2022-ci illə müqayisədə 8,8 faiz azalıb.

Dövlət Statistika Komitəsindən APA-ya verilən xəbərə görə, son illərdə elektrik mühərrikli və hibrid nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində 2023-cü ildə ölkədəki hibrid avtomobillərinin sayı 2022-ci illə müqayisədə 11917 ədəd və ya 39,5 faiz, elektrik mühərrikli avtomobillərin sayı isə 2542 ədəd və ya 5,5 dəfə artıb. Nəticədə avtomobillərdən atmosfer havasına daha çox çirkləndirici maddələrin atılmasının qarşısı alınıb.

Profilaktik tədbirlər nəticəsində ötən il stasionar mənbələrdə yaranan zərərli maddələrin 67,3 faizi təmizləyici qurğular vasitəsilə tutularaq zərərsizləşdirilib. Atmosferə atılan zərərli maddələrin miqdarının azaldılması üçün sənaye müəssisələrində texnoloji proseslərin təkmilləşdirilməsi və mövcud təmizləyici qurğuların səmərəliliyinin artırılması nəticəsində hava hövzəsinə il ərzində 85,2 min ton zərərli maddələrin atılmasının qarşısı alınıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
3
apa.az

4Mənbələr