AZ

Qərb Fransa vasitəsilə Cənubi Qafqazda təhlükəli plan həyata keçirməkdədir-Deputat

"Qərb Fransa vasitəsilə Cənubi Qafqaz regionunda dərin, eyni zamanda çox təhlükəli plan həyata keçirməkdədir. Ermənistana özüyeriyən CAESAR artilleriya qurğularının verilməsi haqqında razılığa gəlinməsi region üçün çox ciddi təhlükələr yaradır. Bu, həm də onun göstəricisidir ki, Ermənistan özünün sülh ritorikasında tam saxtadır". Olaylar xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elşad Mirbəşir deyib:

"Bir tərəfdən Azərbaycanla sülh imzalamağa hazır olduğunu bildirir, digər tərəfdən Qərbdən özünə əlavə təhlükəsizlik təminatları tələb edir. Cənubi Qafqaz regionunun tarixində ilk dəfə olaraq, Azərbaycan dövlətinin iradəsi, Prezident İlham Əliyevin strateji baxışları sayəsində təhlükəsizlik mühiti keyfiyyətcə tamam yeniləndi. Münaqişə potensialı tarixən yüksək olan Cənubi Qafqaz regionunda ilk dəfə olaraq regional təhlükəsizlik sisteminin formalaşması imkanı yarandı. Bütün bunları Azərbaycan dövləti, Azərbaycan Prezidenti etdi. Amma Ermənistanın hücum təyinatlı silahlarla silahlandırılması bir daha olduqca təhlükəli planlardan xəbər verir. İkinci Dünya müharibəsindən sonra Almaniyanın və Yaponiyanın silahlı qüvvələrinin yaradılmasına ciddi məhdudiyyətlər tətbiq olundu. 30 il Azərbaycan torpaqlarını işğal altında saxlamış Ermənistanın silahlandırılmasının təhlükəli məqsədlərini bir daha ortaya qoyur. Bu baxımdan, Azərbaycan-Ermənistan münasibətlərinin normalaşdırılması və ya sülhün imzalanması üçün bizim əsas şərtlərimizdən biri də ondan ibarət olmalıdır ki, Ermənistana hücum silahları verilməsin. Biz bu tələbimizi müvafiq beynəlxalq təşkilatlar qarşısında da qaldırmalıyıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
olaylar.az

1Mənbələr