AZ

Bəzi cinayətlərdə ölüm hökmü daha effektlidir - Deputat

Bəzi cinayətlərin baş verməsində ölüm hökmü daha effektlidir. Bunu deputat Ceyhun Məmmədov deyib.

"Ölüm hökmünü ləğv etmişik. Amma bəzi proseslər göstərir ki, cinayətkarlıqla mübarizədə bəzi addımlar daha sərt olmalıdır. Proseslər göstərir ki, bəzi cinayətlərdə ölüm hökmü daha effektlidir. Həmçinin bir neçə dəfə cinayət törədən şəxsə qarşı humansitlik göstərilib azadlığa buraxılsa da, təhlillər göstərir ki, bu yaxşı nəticə vermir. Bu cür şəxslərin cinayət törətmək ehtmalı çoxdur”, - deputat iyunun 25-də Milli Məclisin iclasında çıxışı zamanı bildirib. 

Ceyhun Məmmədov bir gün xidməti başında öldürülən polislərin ailələrinə başsağlığı verərək bildirib ki, polisə atılan güllə dövlətçiliyə qarşı çıxmaqdır.
 
Gülnar Nazimqızı

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
anews.az

1Mənbələr