AZ

Nanəcib Kasparov MAT!!! – Adəm İsmayıl Bakuvi yazır

Görkəmli şəxslər nanəcib ola bilərmi deyə yüzillərdir ki, insanlar arasında dartışma gedir. Bu konuya yetərincə sərbəst yanaşma dahi Yohan Volfqanq Hötenin “Nanəciblik – zəifliyin bir növüdür. Görkəmli şəxslər heç vaxt nanəcib olmurlar” fikrində ifadə olunub.

Əgər bu aforizmin birinci hissəsiylə hələ birtəhər razılaşmaq mümkündürsə, ikinci hissəsi açıq-aşkar dartışılacaq səciyyə daşıyır. Və günaha yol versəm də, fikrimcə, şəxsi keyfiyyətlərini itirmiş birisini örnək gətirərək böyük mütəfəkkirlə dartışmalı olacam. Söhbət şahmat üzrə on üçüncü dünya çempionu, özünü “insan hüquqlarının müdafiəçisi” kimi qələmə verən Harri Kasparovdan gedir.

Yəhudi mənşəli yaşlı bir bakılı intelligent, özündə mühəndis-energetik və musiqiçi istedadını birləşdirən, amma həyatdan erkən gedən talantlı adam – Kim Moiseyeviç Vanşteynin ailəsində, 1963-cü ildə dünyaya göz açan Harri hələ uşaq yaşlarından şəxsiyyətlə bağlı hər hansı ehkamın əsla mövcud olmadığı bir mühitə düşmüşdü. Oxucu mənə etiraz edə bilər ki, atasını itirəndə Harrinin vur-tut yeddi yaşı vardı və bu yaşda hansı şəxsi keyfiyyətlərin formalaşmasından danışmaq olar? Amma ABŞ Prezidenti Franklin Delano Ruzveltin qızı, ünlü ictimai amerikan ictimai xadimi Eleonora Ruzveltin də əsassız yerə demədiyi kimi, “şəxsiyyətin formalaşması uşaqlıqdan başlayır və ta ölümün özünəcən davam eləyir”

Digər tərəfdən, gələcək şahmat çempionu anası Klara, babası Şagen və nənəsi Susanna Kasparovların tərbiyəsi nəticəsində erməni şovinizmi, ermənilərin guya dünyanın bütün xalqlarından üstünlüyü, Azərbaycan xalqı və mədəniyyətinə nifrət zəhəri ilə məhz bu yaşdan etibarən nəfəs almağa başlamışdı. Yeri gəlmişkən, bu tərbiyəçilər Dağlıq Qarabağdan idi və onların sayəsində Kasparovun ruhuna hopmuş irqçi dünyagörüşünün necə psixoloji mahiyyət daşıdığını təsəvvür eləmək çətin deyil. Kasparovun özünün 2010-cu il aprelində erməni elektron nəşri “Miassin”ə müsahibəsində etirafına görə, uşaqlıqdan onu ancaq ermənisayağı bir tərzdə Azərbaycana məxsus hər şeyə nifrət ruhunda öyrətmişdilər. Halbuki, əsrlər boyu dünyanın hər yerindən qovulan ermənilər məhz Azərbaycan torpağında rufah içində yaşayıb və inkişaf ediblər. `

Atasının familiyası və milli mənsubiyyətinə etinasızlıq o vaxtlar gənc yaşlarda olan Kasparovda hər hansı şəxsi və əxlaqi başlanğıcın yoxluğunun ilk təzahürü idi. Sonralar onun satqınlığı getdikcə böyüyəcək və ən əcayib, inanılmaz dərəcədə merkantil formalar alacaqdı. Çünki yalnız insanlıq və əxlaqın sərhədləri var, insanlıqdan məhrumluq və əxlaqsızlıq isə hüdud tanımır.

Üstündən onillər keçsə də, əminəm ki, hələ də çoxları Kasparovun öz şahmat karyerasının zirvəsinə necə ucalmasını yaxşı xatırlayır. O bu məqama respublikamızın gücü, o vaxtlar Sovet dövlətinin rəhbərlərindən biri, ümummilli liderimiz Heydər Əliyevin qayğısı və dünya şahmat məkanına nüfuzedici təsiri sayəsində qalxa bilmişdi. Dünya şahmat tacı uğrunda mübarizədə Kasparovun əsas rəqibi, şahmat üzrə üçqat dünya çempionu Anatoli Karpovun fikirlərindən ədalət və mötəbərlik naminə çıxarışlar edəcəm. 2021-ci il fevralın 11-də “Media.Az” Azərbaycan elektron resursuna verdiyi müsahibədə Karpov öz hiddəıtini səmimi şəkildə belə ifadə eləıyirdi: “… Azərbaycandan aldığı yardımı ona (Harri Kasparova – müəllif) heç kim verə bilməzdi. Mən bunu ancaq təxmin edə bilərəm, amma fikrimcə, o, Azərbaycanda mənim bütün həyatım boyu qazandıqlarımdan daha çox qazanc əldə eləmişdi. Kasparovu əyləndirirdilər, onun imkanları sonsuz idi. Zuğulbada küllü miqdarda yığdıqları onun əmlakının çüzi bir hissəsi idi. Və bütün bunlardan sonra necə nankorluq edə bilərsən?! Bu, düzgün deyil! Onun arxasında respublika dayanmışdı”.

Beynəlxlaq Şahmat Federasiyasının başçısı Kirsan İlyumjinov da eyni ruhda danışır: “Gəlin unutmayaq, Harri Kasparovu məhz Azərbaycan yetişdirib. Əgər Heydər Əliyevin qayğısı olmasaydı, Kasparov heç vaxt dünya çempiuonu ola bilməzdi. İdmanda ustalıq çox şeyi həll edir, amma hər şeyi yox. Əgər zəruri diqqət olmasa, böyük qələbələrə ümid eləmək çətin məsələdir”

Kasparov əsl Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən uzun dönəmdən bəri işğal edilməsi və ümumən keçmiş Dağlıq Qarabağ konflikti ətrafındakı olayların yekunları barədə heç olmasa susa, bununla Azərbaycanın onun üçün elədiklərinin qarşılığını verəydi! Amma yox, Kasparov erməni nifrət və ksenofobiya ideologiyası tərəfdarlarının uydurduğu cəfəngiyyatı təkrarlayaraq, Azərbaycan xalqına qarşı durmadan od püskürməyə üstünlük verir. O, “Moskvanın səsi” qəzetinin 2020-ci il 13 oktyabr sayına müsahibəsində Azərbaycanı böhtan və yalan çəlləkləri ilə sulayır, 1988-ci il Sumqayıt, Gəncə və Bakı olaylarını qərəzli şərh edir, azərbaycanlıların döyüldükdən sonar Ermənistanın Qafan, Masis və Mehri rayonlarındakı dədə-baba torpaqlarından kütləvi surətdə qovulması, Britaniya jurnalsiti Tom de Vaal, rus yazıçı-publisisti Aleksandr Proxanovun da şahid olduqları kimi Bakıya və respublikanın digər şəhərlərinə sözün birbaşa mənasında başı-gözü qanlı gəlməsinin əsl səbəblərinin üstündən sükutla keçir. Hələ onun Dağlıq Qarabağ konfliktinin ilk günlərində bölgənin birbaşa özündə öldürülmüş azərbaycanlıları görməzdən gəlməsini demirik. Sumqayıt hadisələrinin erməni ekstremist qüvvələrinin təhriki ilə törədilməsi, özü şəxsən altı erməni öldürmüş, sonra isə Qorbaçov və onun əlaltılarının himayə elədiyi erməni siyasi dairələrinin köməyi ilə uzun müddət cinayət məsuliyyətindən yayınan sağ cinah qırğınçısı Eduard Qriqoryanın milli mənsubiyyətinə gəlincə isə o, bu olaylara ümumən etinasız yanaşır.

Kasparov bütün radio, tele və elektron kanallardakı davamlı çıxışlarında çoxlu sayda azərbaycanlıların öz həyatlarını təhlükəyə ataraq, erməni ailələrini xilas eləməsi, öz yanlarında gizləməsi və ölkə hüdudlarından kənara çıxarmalarını ədalət naminə bir dəfə də olsun yada salmır. Bəs, onda dünya çempionunun “insan haqlarının müdafiəsi üzrə Beynəlxalq Fondun sədri” kimi missiyası nədir? Bir faktı ört-basdər eləmək və digərini şişirtmək? Bütöv bir qrup xalqlara ölüm hökmü oxumaq və digərlərini müqəddəslər dərəcəsinə qaldırmaq?

Sonra o, erməni-azərbaycan qarşıdrmasına dair müsahibələrində bir yığın erməni tarixiçisinin mahiyyətcə tarixi saxtalaşdırmaqdan başqa bir şey olmayan səthi sxolastik fərziyyələrini təkrar edərək, əsla başı çıxmadığı tarixi çəngəlliklərə girdi. Onun Leninin guya Atatürklə dost olduğu üçün Naxçıvan və Qarabağı Azərbaycana bağışlaması ilə bağlı hər cür tarixi mötəbərlikdən məhrum, bəsit qənaəti tarix elmiylə az-şox tanış olan sağlam düşüncəli adamlarda sadəcə ironik təbəssüm doğurur. Bir tərəfdən xarici müdaxiləçilərə, digər tərəfdən bolşevik Rusiyasına qarşı milli-azadlıq mübarizəsinin getdiyi Türkiyədə Antanta ölkələrinin Ermənistanı kamalizm əleyhinə mübarizə meydanına çevirməsi, Moskva (1921-ci il, 16 mart) və Kars (1921-ci il, 9 oktyabr) sazişlərinin həmin Atlanta tərəfindəncə təhrik olunmuş Ermənistan və o zamankı sovet Azərbaycanı ilə müharibənin hüququ nəticəsi kimi meydana çıxması isə Harri Kimoviçin əsla vecinə deyil. Özünün şahmat istedadına baxmayaraq, tarix məsələlərində görünür, o elə də güclü deyil. Üstəlik də, Kasparov belə bir durumla maraqlanmaqdan dolayı özünə əziyyət vermir ki, Ermənistan adından Askinax Mravyan və daxili işlər komissarı Poqos Makintsyanın Kars müqaviləsini imzalaması Naxçıvanın Azərbaycan tərkibində qalmasının təminatıdır və beynəlxalq hüquq müstəvisində bu gün də aktualdır. Çünki Ermənistan onda artıq suveren dövlət idi.

Kasparov daimi olaraq Lenin və Stalinin ünvanına konyunktur səciyyəli etirazlarla dolu çıxışlar eləyir. Halbuki məhz bu sovet dövlət başçıları əsl Azərbaycan ərazisi Zəngəzurun Ermənistana verilməsinin təşəbbüksarları olublar. Beləki, sovet hakimiyyətinin qurulmasından iki ay keçən kimi erməni dövlətçiliyinin bütün Şərqi Anadoluda imtiyazlarını, ermənilərin öz müqəddəratını təyin etmək hüququnu car çəkən “Türkiyə Ermənistanı haqqında dekret” (1917-ci il, 29 dekabr) işıq üzü görmüş, S.Şaumyan, A.Mikoyan və digər bu kimi bolşevik adı altında maskalanmış quduz daşnakrlar qəbilindən ən qatı şovinist və cinayətkarlar bu işə cəlb olunmuşdu. Özünü insan hüquqlarının “beynəlxalq müdafiəçisi” adlandıran bir şəxsin bu cür görməzdən gəlmək mövqeyində onun heç bir əxlaqa sığmayan, hər cür prinsipiallqıdan uzaq mahiyyəti əks olunur.

Kasparov Azərbaycana qarşı mürtəce münasibətini təkcə təhqiramiz bəyanatlarla tənzimləməyərək, ölkəmizin ərazi bütövlüyünü pozmağa yönəlmiş əməli düşmənçilik fəaliyyəti də göstərib. “Miassin” erməni nəşrinə yuxarıda xatırlatdığımız müsahibəsində o özü də “…ermənilərin Qarabağ uğrunda ədalətli mübarizəsinə kömək”, yəni Azərbaycan respublikasının bölünməsi üçün gücüm çatan hər şeyi elədim deyə etiraf eləyir. Açıq deməsə də, bu artıq Azərbaycanı məhv etməyə çağırışdır. Bəs, onun həmin müsahibədə “Azərbaycandan müxtəlif sahələr üzrə mütəxəssislər gedəndən sonra iqtisadiyyat çökməyə başladı və bunun axırı yoxdur… Azərbaycanla bütün iqtisadi əlaqələr cinayətdir. Azərbaycanın cinayətlərini neftə görə bağışlamaq olmaz…” Belə çıxır ki, iqtisadi əlaqələrdən məhrum Azərbaycan öz içində boğulmalıdır?!

Sonralar da Kasparov öz xeyirxahlarının istər sözün birbaşa, istərsə də məcazi anlamında əlini dişləməkdən əl çəkmədi. O hələ 2013-cü ildə Rusiyadan qaçmış, Rusiya hüquq-mühafizə orqanları onun həbsi və ya saxlanılmasıyla bağlı heç bir tədbir görməmişdi. İstintaq Komitəsindən şahmat üzrə keçmiş dünya çempionuyla bağlı xalaxətrin qalmasın bir neçə məlumat almaq bəs elədi və iz itdi. Səbəb çox bayağı idi – onlar bu əldəqayırma siyasətçidən eləcə soruşmaq istəyirdilər ki, Daxili İşlər Nazirliyi əməkdaşını niyə dişləyib? Özü də bu indi dəbdə olan vodevil şoularının hansısa birindən götürülmüş epizod-zad deyil, çünki Kasparov Femidanın xidmətçisinin əlini dişləməklə doğrudan-doğruya onun bədəninə xəsarət yetirmiş, zərərçəkmişə əlin və şəhadət barmağının yumşaq toxumalarının dişlənməsi, eləcə də, sol əlin sümüküstü qişasının zədələnməsi diaqnozu qoyulmuşdu.

Kasparov normal psixikası olan hər hansı bir insandan daha çox heyvanlara məxsus hərəkətlərdə günahlandırılmasını “cəfəngiyyat” adlandırdı və polisin əlini dişlədiyi üçün günahı onun öz xidməti itinin üstünə atdı. Moskva polisinin nümayəndəsi “Kasparovun dişləri ilə xidməti itin dişlərinin müqayisəli müayinəsini aparmağa” hazır olduğunu bildirəndə isə “dişli” müxalifətçi təcili olaraq Rusiyanı tərk etdi.

Təbiidir ki, Rusiya dövləti qanunlarından kənata çıxmaqla öz şahmat və ictimai-siyasi karyerasını uğurla davam etdirən, vaxtilə erməni müdaxiləsi və təxribatına müqavimət göstərən Azərbaycan xalqını cəzalandırmaq məqsədiylə cəza əməliyyatları keçirilsin deyə Qorbaçov, ardınca da Yeltsinun şəxsində dərindən təzim elədiyi bir hakimiyyəti kəskin eləmək Kasparov üçün elə də çətin deyil.

İstər-istəməz Kolumbiya yazıçısı Nikolas Davilin “Satqın xəyanət etdiyinə öz xəyanətini heç vaxt bağışlamır” aforizmi yada düşür. Doğrudan da, Kasparov öz xəyanətini nə Azərbaycan, nə də Rusiyaya bağışlamayıb.

Rusiya ictimaiyyətinin Harri Kasparovla bağlı fikirlərinin bariz göstəricisi kimi məşhur rus şahmat qrossmeysteri Sergey Karyakinin “Çarqrad” elektron nəşrinə 2023-cü il 17 noyabr tarixli müsahibəsindən belə qənaətə gəlmək olar: “Mənim üçün böyük məyusluqdur. Nə qədər gözəl şahmatçı olsa da, o, həyatda öz ölkəsinə qarşı döyüşkən mövqe tutmuşdur. Şahmatda Kasparov və həyatda Kasparov iki diametral ziddiyyətli insandır. Kommersiya şahmat turnirləri üçün Kasparova çətin ki, 50 min dollardan çox maaş verilsin. Mən dəqiq bilmirəm. Amma düşünürəm ki, o, Rusiya əleyhinə mühazirələrinə görə daha çox qazanır. Öz şərəf və ləyaqətini pula satmaq sadəcə olaraq iyrəncdir”.

Rusiyanın Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihəsinin başçısı Vitali Borodin Harri Kasparovun korrupsiya fəaliyyəti ilə bağlı cinayət işinin başlanması üçün Baş Prokurorluğa rəsmi müraciət etmişdi. Kasparovun vətənə xəyanət və ekstremizmə çağırışlar, respublika ərazisində separatizm və terrorizmi təbliğ etmək ittihamı ilə cinayət işinə başlamaqdan V.Borodini saxlayan yalnız Azərbaycan rəhbərliyinin alicənablığı oldu. Şahmat üzrə dünya çempionu özü də bunu etiraf etdi.

“İnsanın nankorluğundan daha dəhşətli bir şey varmı?” deyə böyük Şekspir on altıncı yüzildə öz səsini uclatmışdı. Bir əsr sonra həmyerlisi, tarixçi və ilahiyyatçı Tomas Fuller sanki ona cavab olaraq deyirdi: “Münnətdarlıq fəzilətlərin ən kiçiyi, nankorluq pisliklərin ən pisidir”!

Hər yerdə, həmişə, istənilən formada öz nankorluq, xəyanət, ifrat əxlaqsızlığını büruzə verən Harri Kasparov isə hələ eramızın ikinci əsrində antik Roma yazıçısı və şairi, platonist filosof Lutsi Apuleyin belə bir xəbərdarlıq elədiyini bilmir: “İnsanın mənəvi natəmizliyi onun özünə ikrah eləməsinin göstəricisidir”. Və əgər Kasparov planetin bütün vicdanlı, ləyaqətli insanlarının ona qarşı ikrah etməsinin fərqində deyilsə, ola bilərmi ki, nəsə insani bir şey nə vaxtsa onun öz ruhuna tüpürməsinə mane olsun?!!

Adəm Ismayil Bakuvi (politoloq, fəlsəfə doktoru)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
2
apress.az

3Mənbələr