AZ

Makron özünü Napaleon hesab edir

"Fransa aqressiv siyasətini Cənubi Qafqaza qədər sürdürür. Fransanın Ermənistanı ölümcül silahlarla silahlandırması ciddi təhlükə yaradır". Olaylar xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tural Gəncəliyev deyib: "Biz Cənubi Qafqazda biz sülh yaratmışıq. Bizim üçün Cənubi Qafqazın döyüş meydanına çevrilməməsi əsasdır. Təəssüflər olsun ki, bu gün özünü Napaleon hesab edən Makron yeni "Makron müharibələri" aparmaq istəyir və bunu Cənubi Qafqazda da etmək istəyir. Makronun, Fransanın bu hərəkəti təkcə Azərbaycana qarşı deyil, beynəlxalq sülhə qarşı atılmış addımdır. Fransa işğal altında saxladığı ölkələrdə insan hüquqları pozuntularına yol verilməsinin qarşısını almalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
1
olaylar.az

2Mənbələr