AZ

5 ayda Azərbaycanda sığorta yığımlarının məbləği 644 mln. manata çatıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 2024-cü ilin yanvar-may aylarında 643 milyon 754 min manat sığorta haqqı yığılıb. 

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrünə nisbətən 77 milyon 320 min manat və ya 13,7% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 274 milyon 837 min manata bərabər olub. Bu da illik müqayisədə 100 milyon 401 min manat və ya 57,6% artım deməkdir. 

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
banco.az

1Mənbələr