AZ

Avropa İttifaqı “Apple”a qarşı sanksiyalar hazırlayır

Müəllif:Ayşən İmanova/Banco.az

“Apple” şirkəti Avropa İttifaqının yeni rəqəmsal qanunvericiliyinə əsasən Brüssel tərəfindən cərimələnən ilk İT nəhəngi ola bilər.

Banco.az xəbər verir ki, Avropa Komissiyası “Apple” şirkətini Rəqəmsal Bazarlar haqqında Qanunu (DMA) pozmaqda ittiham etməyi planlaşdırır. Bu barədə Komissiyasnın Amerika şirkətinə göndərdiyi ilkin məlumatda deyilir.

İlk dəfə olaraq, Aİ tənzimləyicisi texnologiya nəhənginin fəaliyyətini məhdudlaşdırmaq üçün yeni qaydalar tətbiq etməyə hazırlaşır. Avropa Komissiyasının hərəkətləri bu ilin mart ayında qüvvəyə minən və startaplara kömək etmək məqsədi daşıyan qanun çərçivəsində həyata keçirilə bilər. Qanuna uyğun olaraq, tətbiqlərini “Apple App Store” vasitəsilə yayan tərtibatçılar müştərilərinə daha ucuz məzmun təklifləri haqqında pulsuz məlumat verməlidirlər.

Rəqəmsal Bazarlar haqqında Qanun “Apple” şirkətinə tərtibatçılara ilkin olaraq yeni müştəri cəlb etməkdə kömək etdiyi üçün “App Store” vasitəsilə təzminat almaq hüququ verir, lakin Brüssel şirkətin bunun üçün artıq ödəniş tələb etdiyini bildirir.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
3
banco.az

7Mənbələr