AZ

Şimali Koreya Cənubi Koreyaya daha 350 zibil dolu şar göndərib

Şimali Koreya Cənubi Koreyanın sərhəd bölgələrinə zibil daşıyan daha 350 şar göndərib. SİA xarici mətbuata istinadən xəbər verir ki, hava şarlarından təxminən 100-ü paytaxt Seul və Gyeonggi əyalətinin şimal hissələrinə enib. Parazitlər əvvəllər eyni üsulla göndərilən tullantılarda tapılmışdı.

Şimali Koreya 5-ci dəfə Cənubi Koreyanın sərhəd bölgələrinə zibillə dolu şarlar göndərib. Cənubi Koreya Baş Qərargahının verdiyi açıqlamada gecə saatlarında göndərilən təxminən 350 şardan 100-nün paytaxt Seul və Gyeonggi əyalətinin şimal bölgələrinə eniş etdiyi bildirilib. Cənubi Koreya ərazisinə düşən hava şarlarının zərərsiz tullantılar, xüsusilə də kağız daşıdığı qeyd olunub. Bildirilib ki, Şimali Koreyanın mayın 28-dən Cənubi Koreya ərazisinə göndərdiyi zibil daşıyan balonların sayı 2 minə çatıb.

Müəllif: Səbinə Hüseynli
Seçilən
166
45
sia.az

10Mənbələr