AZ

Fazil Mustafadan dövlət qulluğu ilə bağlı ÇAĞIRIŞ

Mədəniyyət komitəsinin sədri Fazil Mustafa Milli Məclisin iclasındakı çıxışında öncə ölkəmizdə təhlükəsizliyə cavabdeh olan ordumuzdan və polislərimizdən danışıb.

Musavat.com xəbər verir ki, Silahlı Qüvvələr Günü münasibətilə təbriklərini çatdıran komitə rəhbəri eyni zamanda bir gün öncə şəhid olmuş polislərimizin ailələrinə səbr diləyib.

Daha sonra bildirib ki, şəhid övladlarının və qazilərimizin işə götürülməsi – həmçinin Milli Məclisdə - çox sevindiricidir.

Fazil Mustafa qeyd edib ki, dövlət qulluğuna qəbulla bağlı vəziyyət fərqlidir.

Dövlət qulluğunda ən çox bal toplayan şəxsin qəbuluna gəldiyini deyən deputat bildirib ki, həmin şəxsdən az bal toplayan işə götürülüb, amma o, şifahi mərhələdən keçə bilməyib. Hansı ki, magistraturanı bitirib, iki sertifikatı var, amma işə qəbul olunmayıb.

Fazil Mustafa bu kimi hallarla bağlı narahatlığını ifadə edib və dövlət qulluğuna qəbulla bağlı daha həssas yanaşmanı zəruri sayıb.

E.Paşasoy,
Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
musavat.com

1Mənbələr