FED-in San Fransisko üzrə sədri Meri Deyli məşğulluq bazarındakı risklə bağlı xəbərdarlıq edib.

İndex.az xəbər verir ki, Deyli açıqlamasında, tək riskin inflyasiyanın olmadığını bildirib.

Bu il FOMC-də səsvermə hüququna malik olan Deyli, San Fransiskoda keçirilən tədbirdə etdiyi çıxışda iqtisadiyyata zərər vermədən qiymət sabitliyini təmin etmək üçün işlərini davam etdirəcəyini qeyd edib.

Onun sözlərinə görə, inflyasiyanın azaldılması üçün hələ gedəcək uzun bir yol var.