AZ

“Neftçi” yeni  direktoru görvə gətirdi, ona hansı tapşırıqlar verildi?

“Neftçi”nin baş icraçı direktoru postuna yeni təyinat baş tutub.

Klub bu barədə rəsmi açıqlama yayıb. Elan olunub ki, bu vəzifə Cenk Sümerə tapşırılıb.

İstanbul nəhənglərindən “Beşiktaş”ın idarəetmə sistemində ad çıxarmış mütəxəssis klubun yenidənqurma və inkişaf, futbol idarəçiliyi, marketinq və biznesin inkişafı departamentlərində rəhbər vəzifələrdə fəaliyyət göstərib, həmçinin vitse-prezident vəzifəsini tutub.

Həm idman, həm menecment sahələrində təcrübəyə malik Cenk Sümer “Neftçi”də əsasən strateji idarəetmə ilə məşğul olacaq.

İdarəetmə sisteminin təkmilləşdirilməsi, başlamış islahatların sürətləndirilməsi, klubun strukturunun optimallaşdırılması mütəxəssisin qarşısına qoyulan tapşırıqlardandır.

Türkiyəli mütəxəssis Doğu Akdeniz Universitetində Biznesin idarəedilməsi fakültəsində dosent, Marmara Universitetində İnsan resurslarının idarəedilməsi və inkişafı üzrə magistr təhsili alıb.

Rəsmt açıqlamada qeyd edilməsə də, bildirək ki, C.Sümerin əsas komandaya qarışacağı olmayacaq.

Fərrux Mahmudovun sələfi baş iməşqçi seçimi, həmçinin futbolçuların seleksiyası ilə bağlı məsələlərə müdaxilə etməyəcək.

Onunla müddətli müqavilə imzalanıb. Sabiq “Beşiktaş”lının fəaliyyətinə gələn ilin yayında qiymət veriləcək.

O, bu zaman kəsiyində büdcənin azaldılmasına nail olmalıdır. Necə? Məhz Sümer qərar verəcək ki, klub hansı layihələri gerçəkləşdirməlidir, hansıları yox.

Habelə işçi personalının sayını azaltmalıdır. Hazırda «Neftçi»dən aylıq maaş alan şəxslərin sayı çoxdan 100-ü keçib. Türkiyəli idarəçi bu rəqəmi mümkün olduğu qədər aşağı çəkməlidir.

SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
sportinfo.az

1Mənbələr