AZ

ABŞ Gürcüstanı NATO sammitinə dəvət etdi


ABŞ administrasiyası Gürcüstanı Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) iyulun 9-11-də Amerikanın paytaxtı Vaşinqtonda keçiriləcək sammitində iştirak etməyə dəvət edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen xarici jurnalistlər üçün keçirdiyi brifinqdə məlumat verib.
“Onlar (Gürcüstan) tərəfdaşlar üçün keçirilən zirvə tədbirlərinə dəvət olunurlar”, - deyə diplomat qeyd edib.
Eyni zamanda o, əlavə edib ki, Amerika hakimiyyəti hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının liderlərindən gələn qərarlar və ritorikalardan çox narahatdır.
O'Brayen iddia edib ki, Gürcüstan hakimiyyətinin hərəkətləri Tbilisinin Aİ və NATO-ya üzv olmaq istəyi ilə uyğunluq təşkil etmir.
Qeyd edək ki, mayın 14-də Gürcüstan parlamenti xarici təsirin şəffaflığı haqqında qanunu üçüncü oxunuşda qəbul edib və bu qanun Avropa İttifaqı və ABŞ-nin sərt bəyanatlarına səbəb olub. Respublika Prezidenti Salome Zurabişvili mayın 18-də qanuna veto qoyub, lakin parlament bunu mayın 28-də ləğv edib.
Amerikanın dövlət katibi Antoni Blinken bildirib ki, ABŞ administrasiyası Gürcüstanda qəbul edilən xarici agentlər haqqında qanunla əlaqədar Vaşinqton və Tbilisi arasında əməkdaşlığın hərtərəfli nəzərdən keçirilməsinə başlayır. Dövlət Departamenti qəbul edilən qanunla əlaqədar onlarla Gürcüstan vətəndaşına, o cümlədən hökumət, parlament üzvləri və onların qohumları, hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı viza sanksiyalarının tətbiq edildiyini açıqlayıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
yeniavaz.com

1Mənbələr