AZ

Dağıstanda törədilən terror aktları nəticəsində ölənlərin sayı açıqlanıb

Dağıstanda terror aktları nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb, 51 nəfər yaralanıb. Bu barədə teleqram kanalları məlumat yayıb.

Bildirilir ki, ölənlər arasında 15 polis əməkdaşı var. Daha beş nəfərin şəxsiyyəti hələ müəyyən edilməyib. 13 yaralının vəziyyəti kritik olaraq qalır.
 

BMT-nin baş katibi Antonio Quterreş Dağıstanda baş verən terror aktı ilə əlaqədar Rusiya xalqına başsağlığı verib.

"BMT-nin Baş katibi Dağıstanda yəhudi və xristianların dini obyektlərinə və təhlükəsizlik qüvvələrinə qarşı törədilən terror aktlarını ən kəskin şəkildə pisləyir”, - bəyanatda qeyd edilib.

İyunun 23-ü axşam saatlarında Dağıstanın Dərbənd və Mahaçqala şəhərlərində naməlum şəxslər sinaqoq və kilsəni avtomat silahlardan atəşə tutub.
 
Aytac 
 
 


www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
anews.az

1Mənbələr