AZ

Hüquq-mühafizə orqanlarında yeni texnologiyaya ehtiyac var - Siyavuş Novruzov

Hüquq-mühafizə orqanları dünyada mövcud olan yeni texnologiyaları və təlimləri öz daxilində tətbiq etməlidir. Bunu deputat Siyavuş Novruzov deyib. 

"Dünyada təhlükəsizlik birinci məsələyə çevrilib. Terror aktları istiqamətlərini dəyişir. Dini terorların şahidi oluruq. Biraz sonra bunun etnik formasını görəcəyil. Bu ölkələri daxildə parçalamaq üçün böyük dövlətlərin taktisasdır. İndi artıq taktikanı dəyişmək lazımdır. Yeni texnologiya ehtiyac var. Hüquq -mühafizə orqanları dünyada mövcud olan təlimləri özləri tətbiq etməlidir”, - deputat iyunun 25-də Milli Məclisdə çıxışı zamanı bildirib. 

Deputat həmçinin müxalifətə səslənərək bildirib ki, növbədənkənar parlament seçkilərin keçirilməsini ən çox onlar istəyib. İndiki halda bu prosesi ayrı istiqamətdə yozmağın heç bir hüquqi əsası yoxdur.
 
Gülnar Nazimqızı

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
10
anews.az

10Mənbələr