AZ

Rusların əksəriyyəti Dağıstanı Rusiya ərazisi kimi tanımır...

...Rusiyalı politoloq, özünü Mərkəzi və Şərqi Avropa ölkələri üzrə ekspert kimi təqdim edən İvan Preobrajenski bu günlərdə “NV” radiosunaverdiyi müsahibəsində, son vaxtlar bir sıra atışmaların və sinaqoqun yandırıldığı Dağıstanda çox güclü separatizm əhval-ruhiyyəsi olduğunu iddia edib.

Onun iddiasına görə, bu günruslar özləri bu bölgəni Rusiya Federasiyasının ərazisi hesab etmirlər.

...Gərək ki, xatırlamış olarsınız, o vaxt “Vaqner” PMC-nin rəhbəri Yevgeni Priqojinin üsyanından sonra prezidentVladimir Putin ilk dəfə Dağıstana gəlmişdi.

Çünki, necə deyərlər, sosial şəbəkələrin təhlili onun administrasiyası göstərdi ki, Dağıstan demək olar ki, tamamilə Priqojinin tərəfindədir. Belə ki, o, mərkəzi hökumətin yıxılmasının tərəfdarı idi.

Rusiyalı politoloq bir daha qeyd edib ki, Dağıstanda “separatçılıq meyllərinin çox güclü olması” ilə yanaşı, ruslar da bu bölgəni Rusiya Federasiyasının bir hissəsi hesab etmirlər.

...Əslində bu, rus politoloqun sırf öz fikri deyil. Çünki neçə illər bundan əvvəl, yəni hələ ölkədəki vəziyyət nisbətən normal olanda də keçirilən rəy sorğularına görə,rusların əksəriyyəti Dağıstanı Rusiya Federasiyasının ərazisi hesab etmirdi.

...Yazılanlara istinadən SİA-nın gəldiyi qənaət odur ki, bu, dağıstanlılarla digər ruslar arasında qarşılıqlı münasibətdir və yaxud da əksinə..?

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
sia.az

1Mənbələr