AZ

İslamofobiya Texasda xortladı – 3 yaşlı uşağa hücum edildi

11 sentyabr hücumlarından sonra Qərb dünyasında sistematik şəkildə alovlanan islamafobiya İsrailin Fələstində soyqırımından sonra həddindən artıq güclənib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Texas ştatında Fələstin əsilli müsəlman olduğu üçün 3 yaşlı uşağı boğmağa çalışan Elizabet Vulf nəzarətə götürülüb.

Polisin məlumatına görə, hadisə mayın 19-da baş verib. Fələstin əsilli ana 3 və 6 yaşlı uşaqları ilə hovuza düşüblər. İrqçi təcavüzkar Vulf hicablı anadan haradan olduqlarını soruşduqdan sonra hovuza girib. İrqçi açıqlamalar verən Vulf daha sonra uşaqlara hücum edib.

Uşaqların anası dərhal hovuza tullanıb, 6 yaşlı uşağını Vulfun əlindən xilas edib. Anaya hücum edən qadın digər tərəfdən 3 yaşlı kiçik qızı suyun altına itələyib. Hadisə yerində olan afroamerikalı ana və uşağını xilas edib. 42 yaşlı Vulf adam öldürməyə cəhd ittihamı ilə nəzarətə götürülüb. Amerika-İslam Münasibətləri Şurası (CAIR) yazılı açıqlamasında hadisənin nifrət cinayəti kimi qiymətləndirilməsini istəyib.

Sözügedən ailənin və bütün müsəlman cəmiyyətinin qorunmasını tələb edən təşkilat bəyanatında Fələstin əsilli ananın açıqlamalarına da yer verib. Ana: “Biz Fələstin əsilli Amerika vətəndaşlarıyıq. Təhlükəsiz olmaq üçün hara getməli olduğumuzu bilmirəm. Mənim ölkəmdə müharibə var, burada isə nifrət var. “Uşağım travma alır, hər dəfə qapını açanda qaçır və gizlənir”.

CAIR ötən il müsəlmanlardan ayrı-seçkilik və nifrət hadisələri ilə bağlı 8061 şikayətin daxil olduğunu bildirib. Bu, son 30 ilin ən yüksək şikayət hadisəsidir. 2023-cü ilin son 3 ayında 3 min 578 şikayət qeydə alınıb.

Natiq Səlim,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
konkret.az

1Mənbələr