AZ

“Ölüm cəzası daha effektlidir” - Ceyhun Məmmədov

“Bu gün Azərbaycanda cinayətkarlıqla mübarizədə hüquq mühafizə orqanları müstəsna rol oynayır. Azərbaycan hazırda dünyada ən əminamanlıq olan ölkələrdən biridir”. 

Missiya.Az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib: “Şübhəsiz ki, polisə atılan güllə cəmiyyətə atılan güllədir. Azərbaycan polisi həm birinci, həm də ikinci Qarabağ müharibəsində ciddi rol oynayıblar və çoxsaylı şəhidlər veriblər.

Cinayətkarlığa qarşı daha sərt addımların atılması zəruridir. Dünənki hadisə də göstərdi ki, bəzi insanlarda silahlar var. Bəzi hallarda cinayətkarlığın qarşısını almaq üçün ölüm cəzası daha effektlidir. Proseslərin təhlili göstərir ki, dəfələrlə cinayətlər törətmiş insanların azad olunmasına daha həssas yanaşmalıyıq”. 

Missiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
missiya.az

1Mənbələr