AZ

"Azərbaycan Ordusu dünyanın ən qüdrətli orduları sıralarındadır" - Spiker

“Bu gün Azərbaycan Ordusu dünyanın ən qüdrətli orduları sıralarında yer alır".

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin növbədənkənar sessiyası çərçivəsində keçirilən iclasda çıxışı zamanı deyib.

 

“Tarixi ədalətin öz yerini tutması, dövlətimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin və yaralanan qazilərimizin igidliyini biz heç vaxt unutmayacağıq. Ölkəmiz müdafiə potensialını daha da möhkəmləndirmək və regionda sülhün bərqərar olması üçün öz səyini göstərir. 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü münasibətilə bütün şərəfli missiyalarını həyata keçirməkdə hərbçilərimizə uğurlar arzulayırıq”.

 

Firuzə Əliyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
sfera.az

1Mənbələr