AZ

İddia: Kvaratsxeliya Fransa klubu ilə anlaşıb

Gürcüstan millisinin və “Napoli”nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya komandasını dəyişməyə yaxındır.



Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, gürcü futbolçu PSJ ilə anlaşmanın şərtlərini razılaşdırıb. Tərəflər 5 illik müqavilə imzalamağa yaxındırlar. Futbolçunun maaşı illik 7,5 milyon avro olacaq.



“Napoli”yə gəlincə, klub rəhbərliyi komandanın liderini buraxmaq istəmir. Klubun Kvaratsxeliya ilə müqaviləsi 2027-ci ilin ortalarına qədər qüvvədədir. O, 2022-ci ildən bu komandada çıxış edir.



23 yaşlı vinger ötən mövsüm A Seriyasında 34 oyuna çıxıb, 11 qol vurub və 6 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin EtiketlərPSJ Xviça Kvaratsxeliya

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
komanda.az

1Mənbələr