AZ

Tramp prezident olmadan Ukraynaya ŞƏRT qoydu

Amerikanın keçmiş lideri Donald Trampın iki əsas müşaviri ona Ukraynada müharibəyə son qoymaq planını təqdim edib.

Musavat.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. 

Məlumata əsasən, bu plan Kiyevin yalnız danışıqlara başlayacağı təqdirdə daha çox Amerika silahı alacağını nəzərdə tutur.

Onu Tramp, Keyt Kelloq və Fred Fleitz dövründə ABŞ Milli Təhlükəsizlik Şurasının keçmiş icraçı katibləri hazırlayıb.

Kelloq “Reuters” agentliyinə bildirib ki, Vaşinqton Moskvanı da xəbərdar edəcək ki, danışıqların baş tutmaması Ukraynaya hərbi dəstəyin artmasına gətirib çıxaracaq.

Onların təklifinə görə, sülh danışıqları “mövcud cəbhə xətti” əsasında aparılacaq.

Fleitz planlarını Donald Trampa çatdırdıqlarını bildirib. 

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
musavat.com

1Mənbələr