AZ

Şüvəlanda qətlə yetirilən mülki şəxsin - FOTOSU

Xəbər verdiyimiz kimi, iyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, 1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib.

O, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd edib, yaranmış vəziyyətdən istifadə edərək "Lancaster” markalı ov silahından atəş açaraq 3 nəfər polis əməkdaşını və 1 nəfər mülki vətəndaşı qətlə yetirib.

Qətlə yetirilən polis əməkdaşları - polis kapitanı Eldəniz Məmmədov, polis serjantları Mahir Ağayev və Mirəli Heydərovdur.

AZXEBER.COM-un əldə etdiyi məlumata görə, qətlə yetirilən mülki şəxs isə Piriyev Səfərdir. Onun idmançı olduğu və bir neçə nailiyyətləri olduğu deyilir.

Səfər Piriyevin fotosunu təqdim edirik:

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
4
7news.az

10Mənbələr