AZ

Azərbaycanda buğda istehsalı aşağı düşüb

“Azərbaycanda buğda istehsalı aşağı düşəcək”.

Bunu İqtisadiyyat.az-a açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyib.

O, bölgələrdən aldığı məlumatlara əsasən söyləyib ki, çoxsaylı fermerlər bitkini dən əldə etmədən yemçilikdə istifadə etmək məqsədilə ot kimi biçiblər:

“Həmçinin əksər sahələrdə həm siçovulların, gəmiricilərin geniş yayılması, həm də vaxtında aqrotexniki qaydalara əməl edilməməsi səbəbindən yabanı vələmirin geniş yayılması buğda sahələrində məhsuldarlığın kəskin şəkildə aşağı düşəcəyini bəri başdan deməyə əsas verir. Hətta biçin aparılan bəzi sahələr üzrə bir hektardan cəmi 500 kq dən əldə edilməsi mümkün olub. Bundan başqa, bu il həm də kombayn çatışmazılığı səbəbindən yığımda da problemlər yaranıb. Çünki əvvəllər alıb gətirdikləri çoxsaylı kombaynların bir hissəsi artıq sıradan çıxıb”.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyində taxıl biçininin təşkili ilə bağlı yaradılmış operativ qərargahın məlumatına əsasən, bu günədək 400 min hektardan artıq taxıl sahəsində biçin aparılıb. Sahələrdən 878 min 173 ton arpa, 366 min 723 ton buğda yığılıb. Arpa sahələrinin 69,5 faizində, buğda sahələrinin isə 18,4 faizində biçin prosesi başa çatıb. Hazırda orta məhsuldarlıq arpa üzrə 29,7 sentner, buğda üzrə isə 34 sentner təşkil edir.

Sadiq Cavadov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
2
iqtisadiyyat.az

3Mənbələr