AZ

Assanj günahını etiraf etməyə razılaşdı, əvəzində azadlığa çıxır - ŞOK GƏLİŞMƏ

ABŞ hakimiyyəti “Wikileaks” portalının təsisçisi Culian Assanjın Böyük Britaniyadan ABŞ-a ekstradisiya edilməsi tələbindən imtina etməyə razılaşıb.

AZƏRTAC-a istinadən xəbər verilir ki, bu barədə “Sky News” kanalı məlumat yayıb.

Bildirilib ki, ABŞ hökuməti və Assanj arasındakı razılaşmaya əsasən, onun casusluq ittihamı üzrə təqsirini etiraf etməsi gözlənilir. Razılaşmaya əsasən, Assanj Marian adalarında, Qərbi Sakit okeanda yerləşən ABŞ yurisdiksiyasındakı federal məhkəmədə hakim qarşısına çıxacaq və qanunsuz olaraq məxfi məlumatları əldə etmək və yaymaqla bağlı təqsirini etiraf edəcək.

Bu razılaşma Assanja ABŞ-də həbsdən yayınmağa imkan verəcək. Razılaşmaya əsasən, prokurorlar onun 62 aylıq həbs cəzası tələb edəcəklər. Bu isə, C.Assanjın Londonun Belmarş həbsxanasında saxlanıldığı müddətlə eyni olduğu üçün o, yenidən həbsdə saxlanılmayacaq və artıq cəzasını çəkmiş sayılacaq.

Federal hakim tərəfindən təsdiqləndiyi təqdirdə, razılaşma həmin vaxtı nəzərə alınacaq və Assanjın vətəni Avstraliyaya qayıtmasına imkan veriləcək.

Assanj ABŞ-yə getməyə qarşı çıxdığı üçün məhkəmə iclası Marian adalarında keçiriləcək. Həm də məhkəmənin keçiriləcəyi yer Avstraliyaya yaxın yerləşir.


Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London

Mənbə: musavat.com

Aqreqator
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
musavat.com

1Mənbələr