AZ

Tramp prezident seçiləcəyi təqdirdə Ukraynaya silahı bu şərtlə verəcək

ABŞ-nin keçmiş prezidenti Donald Tramp yenidən seçiləcəyi təqdirdə Ukraynaya silahı yalnız Rusiya ilə sülh danışıqlarından sonra verə biləcəyini deyib.

KONKRET.az xarici mediaya istinadla xəbər verir ki, müşavirləri ona prezident seçkilərində qalib gələcəyi təqdirdə Ukraynada hərbi əməliyyatı başa çatdırmaq planını təqdim ediblər.

Trampın Ukrayna qarşısında qoyacağı şərt bu o0lacaq ki, ABŞ silahlarının əldə edilməsi yalnız Rusiya ilə sülh danışıqlarına başladıqdan sonra mümkün olacaq.

Strategiya ilə tanış olan Tramp ona müsbət reaksiya verib. Keçmiş prezident noyabrın 5-də keçiriləcək seçkilərdə qalib gələcəyi təqdirdə Ukraynadakı münaqişəni tez bir zamanda həll edə biləcəyini demişdi. Lakin o, planın konkret təfərrüatlarını açıqlamayıb.

Orxan

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
konkret.az

1Mənbələr