AZ

“Müxalifət sevinməlidir ki, parlament seçkiləri vaxtından əvvəl olur”- Siyavuş Novruzov

 “Bu gün təhlükəsizlik məsələsi dünyanın əsas məsələsinə çevrilib. Bu, dini müstəvidə həyata keçirilir, bir müddət sonra etnik zəmində də bu istiqamətdə problemlər yaratmağa çalışacaqlar”. 

Missiya.Az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deputat Siyavuş Novruzov deyib. O, bildirib ki, büdcədə təhlükəsizlik istiqamətində əlavə vəsaitlərin ayrılması bu istiqamətdə tədbirlərin gücləndirilməsinə şərait yaradacaq. Deputat həmçinin növbədənkənar parlament seçkilərinə də toxunub: “Parlament seçkilərinə gəlincə, müxalifət sevinməlidir ki, parlament seçkiləri vaxtından əvvəl olur. Amma seçkilər elan olunandan sonra tamamilə bunun əksinə təbiğat aparıldığının şahidi oluruq”. 

Missiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
3
missiya.az

10Mənbələr