Avropa İttifaqının (Aİ) Rusiyanın dondurulmuş aktivlərini Ukraynaya göndərəcək.

İndex.az xəbər verir ki, Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell bildirib ki, müharibə səbəbiylə Rusiyaya qarşı tətbiq edilən sanksiyalar çərçivəsində dondurulmuş Rusiya aktivlərinin əməliyyatından əldə edilən gəlirin 1,4 milyard avrosu Ukraynaya köçürüləcək.

Borrell bu məbləğin hava hücumundan müdafiə və döyüş sursatının təmin edilməsi, eləcə də, müdafiə sənayesinin dəstəklənməsi üçün istifadə ediləcəyini vurğulayıb.