AZ

Türkiyə XİN rəhbəri: Ukraynadakı münaqişə nüvə silahından istifadəyə səbəb ola bilər

Türkiyənin xarici işlər naziri bildirib ki, Ukraynadakı münaqişə nüvə silahından istifadəyə səbəb ola bilər.

“Davam edən müharibə region və bütün dünya üçün çox baha başa gələ bilər. Bu risk coğrafi olaraq da böyüyə və yayıla bilər. Nüvə silahından istifadənin mümkünlüyü məsələsi gündəmdə ola bilər”, deyə Türkiyənin xarici işlər naziri Fidan “Habertürk”ə müsahibəsində bildirib.

Nazir qeyd edib ki, iyunun 11-də Moskvada Rusiya prezidenti Putinlə görüşdə Türkiyə lideri Ərdoğanın “Ukrayna münaqişəsinin həlli ilə bağlı” mesajını ona çatdırıb.

“Biz həmsöhbətlərimizə çatdırdıq ki, Ukraynada sülh lazımdır və Rusiya Federasiyası müəyyən mövqe tutmalıdır. 2 gündən sonra Putin Rusiya Federasiyasının müharibəni dayandırmalı olduğu şərtləri bənd-bənd sadaladı. Putinin bunu ifadə etməsi vacibdir”, deyə nazir vurğulayıb.

Ülviyyə, Hurriyyet.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
hurriyyet.az

1Mənbələr